YOLUXUCU XƏSTƏLİKLƏRİN NÖVLƏRİ



Siqnal bayrağı "Lima" gəmilərdən bu bayraq asılanda,
gəminin karantin altında oldğunu göstərirdi.
KARANTİN

          Karantin xəstəliyə yoluxduğu şüphəli bilinən insan və ya heyvanları müəyyən bir ərazidə xəstəliyin yayılmaması üçün saxlanılmasıdır. Sözün kökü italyancadan gəlir. "qırx" (40) mənasını verir. XVI əsrdə Venesiya Respublikasının əsas gəlir mənbəyi dəniz ticarəti idi, buna görə də ölkəyə tez-tez başqa ölkələrdən gəmilər gəlirmiş. Başqa ölkərdən gələnlərin özləriylə xəstəlik gətirib şəhərdə yayılmaması üçün Venesiya dövləti gəmiləri 40 gün şəhər ətrafında saxlayırdı.







Qamma üsulu ilə rənglənmiş qarayara törədicisi basillərin mikrofotoqrafiyası
Qamma üsulu ilə rənglənmiş
qarayara törədicisi basillərin mikrofotoqrafiyası
QARAYARA

              Qarayara və ya Sibir yarası (yun. anthrax - kömür) — kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar.




Qarayara
Qarayara yun. Anthrax
Qarayara çöpü
(Bacillus anthracis) tərəfindən törədilmiş infeksion xəstəlik
  Qarayara qədim zamanlardan "müqəddəs od", "fars odu" və s. adlar altında məlumdur. S.S. Andreyevski (1788) Uralda öz-özünü yoluxdurma təcrübəsi ilə insan və heyvanların qarayarasının identikliyini müəyyən etmişdir. Alman tədqiqatçısı Pellender (1849) qarayara basillərini xəstə heyvanların qanından almışdır. Baytar həkimi F. Brauell Rusiyada (1857) qarayaratörədici mikrobunu ölmüş adamın qanında tapmışdır. Robert Kox (1876) süni qidalı mühitlərdə xəstəliyin törədici mikrobunun təmiz kulturasını almış, onun spor əmələgətirmək qabiliyyətini aşkar etmiş və eksperimentdə siçanlar üzərində qarayara infeksiyasını tədqiq etmişdir. Lui Paster ilk dəfə olaraq qarayara infeksiyasının spesifik profilaktikası üçün canlı peyvənd (vaksina) təklif etmişdir.


Qarayaradan tələf olmuş mal
         İnfeksiya mənbəyi xəstə ev heyvanları: qaramal, at, eşşək, qoyun, keçi, maral, dəvə, donuzdur. Bu heyvanlarda xəstəlik yayılmış formada keçir. İnsanda yoluxma halları olduqca azdır. Daha tez-tez kontakt yolla daha az alimentar, hava-toz və transmissiv yolla yoluxmaya təsadüf edilir.

lat. Bacillus anthracis-in insana verilmə amili xəstə heyvanlardır, onların ifrazatı, ölmüş heyvanların leşləri, onların dəriləri və daxili orqanları, yarımfabrikatlar, heyvan ətindən hazırlanmış məmulat, başqa qida məhsulları, qarayara sporları səpələnmiş torpaq, su, hava və xarici mühit əşyalarıdır. lat. Bacillus anthracis-in mexaniki inokulyativ verilməsində qansorucu həşəratlar (böyənəklər, payız milçəyi) müəyyən rol oynayır. Xəstəliyin peşə-kənd təsərrüfatı, peşə-sənaye və təsadüfi-məişət tipləri mövcuddur.
Xəstəliyin şiddətlənməsi, bir qayda olaraq, məhdud xarakter daşıyır. Yoluxma heyvan mənşəli infeksiyalaşmış xammalla təmas yolu ilə baş verir. Daha tez-tez dabbaqlar, sallaqxana və ət kombinatı işçiləri, yun çırpanlar, xəstə heyvanlara baxanlar xəstələnirlər. İnsanların qarayara ilə infeksiyalaşmış heyvanların xammalından hazırlanmış əşyalar (papaq, kürk, əlcək, corab) vasitəsilə yoluxma təsadüfləri məlumdur.
Qarayaranın peşə-kənd təsərüffatında xəstələnmə halları daha çox yay-payız aylarında təsadüf edilir


Treponema pallidum.jpg
Solğun treponema (Treponema pallidum), siflis törədicis

SİFİLİS 

Sifilis - xroniki sistem yoluxucu zöhrəvi xəstəlik olub, gedişatında dərinin, selikli qişaların, daxili orqanların, sümük və sinir sisteminin zədələnməsi müşahidə olunur. Xəstəliyin törədicisi solğun treponema (treponema pallidum) yarımnövündən olan spiraxetalardır (lat.spirochaetales)
Qədimdən siflis xəstəliyi milli xüsusiyyətinə görə - "alman", "fransız" xəstəliyi kimi tanınırdı. Xəstəlik haqqında ilk yazılı məlumat 1530 cu illdə Paduan universitetinin həkimi Ciralomo Frakastro (1483—1553) tərəfindən yazılmış "Sifilis və ya Qalliya xəstəliyi" poemasında verilmişdir. Poema mifoloji süjetə malikdir. Sifilis (yun. συς — donuz, yun. φίλος — həvəskar) adlı sadə bir donuzçu tanrıya meydan oxuyur ki, yerdəki tanrılar Olimp tanrılarından daha üstündürlər[1]. Göy tanrıları bunun üstündə onu ağır azara salırlar ki, bu azar da onun adı ilə sifilis adlandırılmışdır. Daha sonra bu çoxmillətli xəstəlik yoluxucu olduğu üçün lat. lues adlandırılırBir sıra yoluxucu xəstəliklər var ki, onların törədiciləri bir şəxsdən başqasına, əsasən, cinsi əlaqə yolu ilə yoluxur. Sifilis, süzənək, yumşaq şankr, qasıq limfaqrapulomatozu (dördüncü zöhrəvi xəstəlik), donovanoz (beşinci zöhrəvi xəstəlik) və nəhayət, son vaxtlar aşkar edilmiş QİÇS (qazanılmış immun çatışmazlıq sindromu) xəstəlikləri ən çox cinsi əlaqə vasitəsilə yoluxur. Cinsi təmas yolu ilə sidik yollarından yoluxub pozulma əmələ gətirən xəstəliklərdən trixomoniazı, sidik-cinsiyyət xladimiozunu da xüsusilə qeyd etmək lazımdır. Bundan əlavə nedikulyoz (bitliliyin müxtəlif formaları, xüsusilə qasıq bitləri), qoturluq, kandilomalar və s. yoluxa bilər. Zöhrəvi xəstəliklərə adətən əxlaq qanunlarını pozaraq təsadüfi cinsi əlaqələrdə olan şəxslər yoluxurlar. Zöhrəvi xəstəliklərə yoluxmaqda alkoholun da rolu böyükdür. Tədqiqatlarla müəyyən olunmuşdur ki, zöhrəvi xəstəliyə tutulanların 80 %- dən çoxu sərxoş olduqları vaxt yoluxmuşdur. Çünki sərxoş olan adamda qorxu, ehtiyat hissləri unudulur və seksual tələbatını təcili surətdə yerinə yetirmək istəyi yaranır ki, bu zaman da o, müqabil tərəfin kim olduğuna əhəmiyyət vermədən onunla cinsi əlaqədə olaraq zöhrəvi xəstəliyə yoluxur. Qeyd etmək lazımdır ki, son onilliklərdə bizim ölkədə yumşaq şankr, dördüncü və beşinci zöhrəvi xəstəliklərə təsadüf olunmur.
Sifilis xroniki şəkildə keçən, bütün orqanlarda, o cümlədən dəridə, sinir sistemində yoluxma əmələ gətirən yoluxucu zöhrəvi xəstəlikdir. Bu xəstəliyin törədicisi qıvrım sapşəkilli hərəkətli solğun trepone-madır. Onlar çox asanlıqla dəridə, selikli qişalarda olan kiçik zədələrdən toxumalara daxil olurlar. Bu xəstəlik ən çox cinsi əlaqə yolu ilə yoluxduğundan onu (eləcə də cinsi əlaqə ilə yoluxdurulan başqa xəstəlikləri) zöhrəvi xəstəlik adlandırmışlar. Bu əslində sevgi xəstəliyi deməkdir, çünki Zöhrə qədim mifologiyada sevgi ilahəsidir. Sağlam şəxsin sifilislə yoluxması adətən xəstəlik əlamətləri olan şəxslə bir başa təması (cinsi əlaqə, öpüşmək və s), bəzən xəstənin istifadə etdiyi müxtəlif əşyalar vasitəsilə, başqasının uşağına döşlə süd verməklə, bir papirosun bir neçə şəxs tərəfindən çəkilməsilə, tibbi müdaxilələrlə, müxtəlif dini adətlərlə (ziyarətə gələnlərin dini surətləri, mebrabları, bütləri öpmələr ilə) baş verir. Sifilisin cinsi əlaqədən kənar yolla yoluxmuş forması “məişət sifilisi” adlanır. Qaynadılmamış alətlərlə uşaqlıq güzgüləri, diş müalicəsində işlədilən alətlər və s. vasitəsilə də sifilis yoluxması baş verə bilər. Yoluxma yollarından biri də dölün ana bətnində yoluxmasıdır. Bu xəstəliyi keçirənlərdə sifilisə qarşı immunitet yaranmır və həmin şəxs təkrar olaraq sifilislə yoluxa bilər. Sifilis xəstəliyinin klinik gedişi bir-birini əvəz edən üç əsas dövrə bölünür. Bütün yoluxucu xəstəliklər kimi sifilisin də gizli dövrü olur. Bu dövr adətən 3-4 həftə, bəzən 9-11 gün, bəzən də 92 günə qədər ola bilər. Gizli dövrdə aparılan müalicə xəstəliyin inkişafını dayandırır, müalicəsinin daha təsirli olmasına və xəstənin tamamilə sağalmasına şərait yaradır. Elə buna görə cinsi əlaqədə və yaxud yaxın təmasda olduğu şəxsin sifilislə xəstə olduğunu bildikdə təcili surətdə müalicəyə başlamaq üçün həkim-dermatoveneroloqa müraciət etmək lazımdır. 
Bunun üçün bütün xəstələr xüsusi siyahıya götürülərək həkim nəzarəti altında saxlanılırlar. Onların ailə üzvləri və təmasda olduqları bütün şəxslər xüsusi laboratoriya üsulları ilə yoxlanırlar. Bundan əlavə, bütün hamilə qadınlar hamiləlik dövründə iki cinsi seroloji müayinədən keçirlər. Sifilisdən qorunmanın əsas profilaktikası başqa zöhrəvi xəstəliklərdə olduğu kimi, təsadüfi cinsi əlaqələrdə olmamaqdır.

Taun çöpü
Taun çöpü.
 TAUN

Taun (lat. pestis), (XBT kodu A20.) — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat.Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda olmuşdur (xəstəliyi dəniz gəmilərindəki siçovullar yaymış və dünyanın 100-dən artıq limanında epidemiya baş vermişdi). XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə MoskvadaXIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvələrində Odessa və Qara dənizin başqa limanlarında, XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdır.
Taun təbii ocaqlarla xarakterizə olunur. Taunun inkubasiya dövrü 2-6 gündür. Xəstəlik titrətmə, başağrısı, yüksək temperaturla başlayır. Diaqnostika üçün bakterioloji və seroloji üsuldan istifadə olunur.

Piter Breygel, "Ölümün zəfəri"
Taun epidemiyası çox qədimdən, eramızdan xeyli əvvəl məlumdur.
Xəstəliyin adı "cuma" (paxla) ərəb sözündən törəmişdir. Bunun səbəbi infeksiyanın tez-tez baş verən xarakterik simptomudur – iltihablaşmış limfatik düyünlərin böyüyərək xarici görünüşünə görə paxlaya bənzəmələridir. Taun çox vaxt milyonlarla insanın ölümünə bais olan, böyük əraziləri viran qoyan pandemiya xarakteri almışdır.
Bəşər tarixində taunun üç pandemiyası məlumdur:
  1. 527-ci ildən 580-ci ilə qədər davam edən birinci pandemiya tarixə "Justinianın taunu" adı ilə daxil olmuşdur. O, Misirdə başlamış, Aralıq dənizinin liman şəhərlərinə və digər Yaxın Şərq ölkələrinə yayılmış və Avropaya keçmişdir. Bu pandemiya zamanı təxminən 100 min insan tələf olmuşdur. Rəvayətə görə 590-cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori Adrian qəsrinin üzərində Mələk Mikayılı taun epidemiyasının sonunun çatmasına işarə olaraq, qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır[1].
  1. "Böyük", yaxud "qara ölüm" adlı, 50 milyondan artıq insan təlafatına səbəb olmuş ikinci pandemiya 1334-cü ildə Çində baş vermiş, sonralar HindistanaAfrikaya və Avropaya yayılmışdır. 1352-ci ildə Avropanın əhalisinin 1/3 hissəsi, 25 milyon adam taundan məhv olmuşdur[2]1364-cü ildə taun Asiyadan Rusiyanın şimal-qərb, mərkəzi və cənub-şərq vilayətlərinə keçmişdir... 1442-ci ildə Venesiyada və demək olar ki, eyni vaxtda Rusiyada ilk dəfə olaraq taun əleyhinə karantin tədbirləri tətbiq edilmişdir.
  1. Taunun üçüncü pandemiyası 1894-cü ildə Honkonqda başlamış bir milyondan çox insanın təlafatına səbəb olmuşdur. Sonrakı 10 ildə taun dünyanın bütün kontinentlərinin 87 liman şəhərlərinə yayılmışdır, 12 milyondan artıq adam qırılmışdır. Taunun üçüncü pandemiyası zamanı böyük kəşflər edilmişdir: törədici mikrob ayrılmış (Q.İ. Minx, 1878, A. İersen, S. Kitazato 1894), xəstəliyin yayılmasında siçovulların, çöl gəmiricilərinin və birələrin rolu müəyyənləşdirilmiş, taunun təbii ocaqlılığı aşkar edilmişdir. (D.K. Zabolotnı, 1912) 1802-ci ildə D. Samoyloviç birinci dəfə taun əleyhinə ilk vaksinasiya təşəbbüsü göstərmişdir. Effektiv vaksina 1926-cı ildə V.A. Xavkin və başqaları tərəfindən işlənib hazırlanmışdır.

Taun əleyhinə elmi əsaslandırılmış tədbirlərin həyata keçirilməsi XX əsrdə dünyada taun epidemiyasını aradan qaldırmağa imkan vermişdir, lakin xəstəliyin sporadik halları bu və digər ölkələrdə təbii ocaqlarda həmişə qeyd edilir.
Taunun lat. Yersinia pestis törədici mikrobu – taun çöpü bir növ kimi proteobakteriyalar tipinin, qamma-proteobakteriyalar sinifinin, enterobakteriyalar ailəsinə məxsus lat. Yersinia cinsinə aiddir. O, 1,5-2 x 0,5-0,7 mkm ölçüsündə, avoidşəkilli, ucu dəyirmi, hərəkətsiz oid çöpdür. Taun mikroblarının uzunsov, dənəvər, sapşəkilli və süzülən formalarının meydana çıxması ilə polimorfizmi təsvir edilmişdir.
Taunun törədici mikrobu spor əmələ gətirmir, kapsulu vardır, qrammənfidir, anilin boyaları ilə asan (ucları isə daha intensiv) rənglənir (bipolyar rənglənmə). lat. Y. pestis fakultativ anaerobdur. 25-30 °C-də və pH 6,9-7,2 olduqda duru və bərk qida mühitlərində yaxşı inkişaf edir. R -virulent və S -avirulent formalı koloniyalar əmələ gətirir. Qida mühitinə təzə və ya hemolizəolmuş heyvan qanı çatdıqda mikrobların inkişafına stimullaşdırıcı təsir göstərir.
lat. Y. pestis ekzo- və endotoksin əmələ gətirir, tərkibində termostabil somatik və termolabil kapsul antigenləri və s. (cəmi 20 antigen) vardır. lat. Y. pestis-in somatik antigeni başqa persinlərin antigenlərinə identikdir. kapsul antigeni taun törədici mikrobunun virulent ştammları üçün spesifik sayılır, immunigen aktivliyə malikdir.
Taunun törədici mikrobunun orqanizmdən kənarda davamlılığı onlara xarici mühit amillərinin təsir xarakterindən asılıdır. Temperatur düşdükcə bakteriyaların yaşama müddəti artır. Qida məhsullarında, suda və məişət əşyalarında lat. Y. pestis 3 aya qədər, bubon irinində 40 gün, qanda və bəlğəmdə 1 ay və daha çox qalır. 55 °C-də onlar 10-15 dəq. sonra 100 °C-də bir neçə saniyə sonra məhv olur. Adi dezinfektantlar işçi konsentrasiyada (sulema 1:1000, 3-5%-li lizol məhlulu, 3%-li karbol turşusu, 105-li əhəng südü) və (antibiotiklər), (streptomisin, tetrasiklin, xloramfenikol) lat. Y. pestis-əöldürücü təsir göstərir.

Vibrio cholerae.jpg
Vəba vibrio
VƏBA


Vəba (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeskion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir.
Bu xəstəlik üçün güclü zəhərlənməqusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur.
Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsi ilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Vəba çox qədim tarixə malik bir xəstəlikdir. Vəba haqqında e.ə. 5-ci əsr aid yazılar (sanskrit dilində) aşkarlanmışdır. Tarix boyunca çoxlu sayda vəba epidemiyası baş vermişdir.
  • Vəba epidemiyası, çox güman ki, ilk dəfə Hindistan yarımadasında başlamışdır. Hələ e.ə. 5-ci əsrdə Qanq çayı deltasında yaşayan insanlar vəba haqqında yazmışdırlar. Xəstəlik ilk dəfə 1817-ci ildə Rusiyaya ticarət yolları ilə (həm quru, həm də su vasitəsilə) yayılmışdır. Daha sonra vəba Avropanın digər hissələrinə, Avropadan Şimali Amerikaya və bütün dünyaya yayılmışdır.
  • Ötən 200 il ərzində 7 vəba pandemiyası baş vermişdir. Ən sonuncusu İndoneziyada 1961-ci ildə başlamışdır. Xəstəlik bir neçə dəfə ciddi şəkildə baş qaldırmışdır. Xəstəlik son zamanlarda 2010-cu ildə Haitidə baş verən zəlzələdən sonra kəskin şəkildə baş qaldırmışdır. 2010-cu ilin oktyabrından 2015-ci ilin avqustuna qədər 700000 çox haitili vəbaya yoluxmuş və 9000-dən çoxu dünyasını dəyişmişdir. Xəstəliyin baş qaldırmasına BMT-nin nepallı əsgərlər yaşayan bazası səbəb olmuşdur. Əsgərlər insan tullantılarını bir çox haitilinin suyundan içmək, yemək bişirmək və çimmək üçün istifadə etdiyi Artibonit çayına atmışdılar.
  • Vəba 19-cu əsrdə yayılmağa başlayandan bəri 10 milyonlarla insanın həyatına son qoymuşdur. Sadəcə Rusiyada 1847-1851-ci illər arasında 1 milyondan çox insan vəbadan dünyasını dəyişmişdir. Xəstəlik 1827-1835-ci illər arasında davam edən ikinci pandemiya dövründə 150000 amerikalının həyatına son qoymuşdur. Hindistanda 1900-1920-ci illər arasında 8 milyondan çox insan vəbadan dünyasını dəyişmişdir.
  • 1854-cü ildə ilk dəfə Con Snou adlı ingilis həkim vəbaya çirkab sularının səbəb olduğunu aşkarlamışdır. Müasir dövrdə Avropa və Şimali Amerika ölkələri su təchizatlarını filterdən keçirir və xlor əlavə edirlər. Bu səbəbdən vəba bu ölkələrdə çox nadir hallarda baş verir.
Dünyada hələ də çoxlu sayda insan vəbaya yoluxur. 2010-cu ildən bəri aparılan hesablamalar göstərir ki, hər il 3 milyondan 5 milyona qədər insan vəbaya yoluxur və hər il 58000 və 130000 arası insan bu xəstəlikdən vəfat edir. Müasir dövrdə vəba pandemiya adlanır. Lakin o, əsasən, inkişafda olan ölkələrdə, xüsusilə, uşaqlar arasında geniş yayılmışdır.
  • Vəba asanlıqla müalicə oluna bilən xəstəlikdir. Rehidrasiya duzları ağız vasitəsi ilə qəbul edildiyi zaman 80 faizdən çox xəstə müvəffəqiyyətlə müalicə oluna bilər.
  • Dehidrasiyanı müalicə etmək üçün ya ağız vasitəsilə, ya da damara inyeksiya vasitəsilə maye yeritmək (damardaxili). Orqanizmi kəskin şəkildə susuzlaşmış xəstələrə damardaxili maye vurulmalıdır.
  • Kalium xlorid və natrium xlorid (duz) kimi əhəmiyyətli elektrolitlər vermək
  • Antibiotik vermək (bəzən). Onlar simptomların daha tez yox olmasını və kəskin olmamasını təmin edəcək. Lakin orqanizm həddən artıq susuzlaşmadığı təqdirdə, insanlar antibiotiklərsiz də sağala bilərlər. Buna görə də, antibiotiklər kəskin vəbalı və orqanizmi həddən artıq susuzlaşmış şəxslər üçün məsləhət görülür. Çoxlu miqdarda antibiotik qəbulu məsləhət görülmür.
  • Xəstələr yeməyə davam etməlidirlər; bu bağırsaqların normal fəaliyyətə geri dönməsinə kömək edəcək.
  • Müalicənin vaxtında həyata keçirilməsini təmin etmək üçün xəstəlik yayılmış yerlərdə Vəba Müalicə Mərkəzləri (VMM) tikilməlidir. Düzgün müalicə həyata keçirildiyi zaman ölüm halları 1 faizdən aşağı olur.



Təbii çiçək.

TƏBİİ ÇİÇƏK


Təbii çiçək — ağır yoluxucu xəstəlik.
İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, huşun depressiyasına səbəb olur. 2-3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpkilər əmələ gəlir. Bu səpkilər şişli və qızılcalı olur.
8-9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. Selikli qişanın xoralanması nəticəsində udqunma çətinləşir. 15-16-cı günlərdə suluqlar quruyur və nazik qabıq əmələ gəlir, bunlar sonra tədricən düşməyə başlayır. Xəstəliyin qanlı forması daha təhlükəlidir. Bu zaman içi qara qanla dolu tünd-qırmızı və qara-qırmızı rəngli çoxlu suluqlu səpki müşahidə olunur. Bu hal adətən ölümlə nəticələnir.

Комментариев нет:

Отправить комментарий